İtaliya A seriyasının 3-cü turunda hazırkı çempion "Yuventus"un "Napoli" ilə görüşü keçirilməyib. Buna Neapol təmsilçisinin heyətində iki furtbolçu və texniki heyətin bir üzvünün koronavirus testinin müsbət çıxması səbəb olub. Bununla əlaqədar “Napoli” komanadası Turinə yollanmayıb. Qaydalara əsasən, "Napoli"yə 0:3 hesablı texniki məğlubiyyətin veriləcəyi gözlənilir. “Atalanta” və “Milan” isə qələbələri sıralayır. Hər iki komanda ardıcıl 3-cü görüşündə qalib gəlib.
İlk iki görüşünü qələb ilə başavuran “Milan” 3-cü turda A seriyasının debütantı “Spetsiya”nı qəbul edib. Meydan sahibləri oyuna fəal başlasalar da, yalnız fasilədən sonra rəqiblərinin müqavimətini qıra biliblər. Hesab 57-ci dəqiqədə açılıb. Cərimə meydançasına ötürlən topu Rafael Leau qapıdan keçirib. Bir qədər sonra “Milan” ikinci qolu vurub. Mərkəz xətti yaxınlığında topu ələ keçirən Teo Ernandes uzun reyddən sonra fərqlənib. İki dəqiqə sonra Rafael Leau dubl edib. “Milan” - “Spetsiya” 3-0.
Turun maraqla gözlənilən “Latsio”- “İnter” qarşılaşması isə gərginliyi ilə diqqət çəkib. Hesabı yarım saatın tamamında “İnter” futbolçuları açıblar. Lautaro Martines komandasını irəli çxıarıb. Paytaxt təmsilçisinin bərabərlik cəhdləri ikinci yarının əvvəlində nəticəsini verib. Serqey Milinkoviç –Saviç tarazlığı bərpa edib. 69-cu dəqiqədə “Latsio”nun heyətində Çiro İmmobile qırımızı vərəqə ilə cəzalanıdırılıb. Görüşün son dəqiqələrini “İnter” də azlıqda keçirib. Bu dəfə baş hakim Stefano Sensini meydandan çıxarıb. Beləliklə görüş 1-1 hesabı ilə yekunlaşıb.